"Sabah" millini məğlub etdi

Növbəti mövsümə hazırlığı davam etdirən “Sabah”ın əvəzedicilərdən ibarət komandası bu gün yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu Azərbaycanın U-19 millisi ilə qarşılaşıb.

Rövşən Babayevin başçılığı altında ilk oyununu keçirən “Sabah-2”, Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Qollara Ayxan Quluzadə, Fərid Cəfərli və Kənan Həsənov imza atıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right