Finalçılar sabah gedir: biri “Duzdağ”a, digəri “Təbriz”ə

Azərbaycan kubokunun final matçında üz-üzə gələcək “Qəbələ” və “Sumqayıt” sabah Naxçıvana yola düşəcək. Newsport.az xəbər verir ki, hər iki komanda ilk titulu arzuladığından matça ciddi önəm verir.
 
“Qəbələ” sabah axşamüstü yola düşəcək və Naxçıvandakı “Duzdağ” otelində məskunlaşacaq. Komanda mayın 18-də oyunöncəsi son məşqinə elə matçın baş tutcağı stadionda çıxacaq.
 
Mayın 19-dakı final üçün “Sumqayıt”ın səfər planı da oxşardı. Bu gün Sumqayıtdakı son məşqdən sonra komanda Mərdəkanda məskunlaşacaq. Sabah gecə saatlarında Naxçıvana uçacaq komanda “Təbriz” otelində lövbər salacaq. Oyundan bir gün öncə isə son məşq nəzərdə tutulub.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right