"Sabah"dan 960 manatlıq müsabiqə: "Qol var idimi?"

Premyer Liqanın 26-cı turunda "Keşlə" ilə matçın 90+4-cü dəqiqəsində mübahisələrə səbəb olan qol buraxan "Sabah" klubu bununla bağlı "facebook" səhifəsində müsabiqə elan edib.

Newsport.az-ın məlumatına görə, paytaxt klubu "Qol var idimi?" sualı ilə video paylaşıb.

Təqdim edilən videonu izləyib, fikrini daha dolğun izah edən şəxsi 960 manat mükafat gözləyir. Bunun üçün "Sabah" klubu ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq. Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right