Zaur İsmayılov: "Məğlub olsaydıq belə, razı qalacaqdım"

Azərbaycan Premyer Liqasının 26-cı turunda səfərdə "Sabah"la 1:1 hesablı heç-heçə edən "Keşlə"nin məşqçisi Zaur İsmayılov oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

Newsport.az-ın məlumatına görə, 40 yaşlı mütəxəssis öncə oyunla bağlı danışıb: 

- Çox maraqlı və gərgin oyun oldu. Bizə xal qazanmaq çox vacibdir. Futbolçulara təşəkkür edirəm. Məğlub olsaydıq belə, onlardan razı qalacaqdım. Nəticə oyuna görə oldu.

- Denis Silva nə üçün dayaq yarımmüdafiəçi qismində oynadı?

- Cəzalı Con Kamara oyunu buraxırdı. Denis "Neftçi"də və bizdə də əvvələr bu mövqeydə çıxış edib. Ona görə belə qərar verdik. Tərlan Quliyevi ona görə əvəzlədik ki, ikinci hücumçunu meydana buraxaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right