“Səbail”in futbolçusu "Stemford Bric"də

“Səbail”in futbolçusu Maykl Essyen dah bir oyuna dəvət alıb.

Newsport.az Britaniya mətbuatına istinadən xəbər verir ki, qanalı ulduz futbolçu xeyriyyə matçında iştirak edəcək.  UNICEF-ə dəstək xarakterli görüş iyunun 16-da “Çelsi”nin stadionu "Stemford Bric"də keçiriləcək.

Essyenin yer aldığı dünya yığmasında “Çelsi”də komanda yoldaşları olmuş Didye Droqba və Rikardo Karvalyo da olacaq. Rəqib İngiltərə əfsanələri komandasında isə Frenk Lempard, Co Koul kimi futbolçular yer alacaq.

Qeyd edək ki, Maykl Essyen mayın 18-də Afrika yığmasının heyətində Nigeriya millisinin sabiq ulduzlarına qarşı keçiriləcək görüşə də dəvə alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right