Vüqar Məmməd: "Heç-heçəni qələbəyə bərabər hesab etmək olar"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsində bu gün ilk oyununu keçirib. Yığmamız meydan sahibi olan rusiyalı həmyaşıdları ilə 0:0 hesablı heç-heçə edib.

Newsport.az AFFA-ya istinadən xəbər verir ki, oyundan sonra yığmanın baş məşqçisi Vüqar Məmməd fikirlərini bölüşüb:

“Bu gün ölkəmizdə Novruz bayramı qeyd edilir. Bayram münasibəti ilə xalqımızı təbrik edirik. Oyuna gəldikdə, güclü Rusiya yığmasına qarşı oynadıq. Rəqibimiz turnirin ən yaxşı komandalarındandir. Bizim üçün çətinlik yaradan amillərdən biri də heyətimizdə zədəli futbolçuların olmasıdır. Bu oyunu unudub, İrlandiya ilə oyuna hazırlaşacağıq.

Rusiya ilə onun meydanında oynadığımızı nəzərə alsaq, qolsuz heç-heçəni qələbəyə bərabər hesab etmək olar. Amma oyun ərzində qol vurmaq üçün imkanlarımız oldu. Təəssüf ki, realizə edə bilmədik. Xüsusilə də ikinci hissədə rəqibimizdən üstün oynadıq.

Komandama nümayiş etdirdiyi oyuna görə təşəkkür edirəm. Onlar bu gün meydanda xarakter göstərdilər. Fürsətdən istifadə edib sabah AÇ-2020-nin seçmə qrup mərhələsi çərçivəsində ilk oyununu keçirəcək milli komandamıza uğurlar arzulayırıq”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right