"Qəbələ" "Keşlə"ni məğlub edə bilmədi, "Sumqayıt" "Zirə"dən üstün oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqada 6-cı tura yekun vurulub.

Newsport.az saytının məlumatına görə, son oyun günündə iki görüş keçirilib.

Günün ilk oyununda mövsümə uğursuz start verən iki komanda - "Qəbələ" və "Keşlə" üz-üzə gəlib. Görüş 1:1 hesablı bərabərliklə başa çatıb. 

Günün digər matçında "Sumqayıt" autsayder "Zirə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Nazim Süleymanovun komandası bu qələbə sayəsində xalını 10-a çatdırıb və  eyni xala malik "Sabah"ı şəxsi oyundakı üstünlüyü ilə keçərək, 3-cü pilləyə yüksəlib.


30 sentyabr


20:00.“Sumqayıt” – “Zirə” - 1:0 
Qol:
 Atilla Yıldırım, 16
Hakimlər: Vüqar Həsənli, Zeynal Zeynalov, Rza Məmmədov, Əliyar Ağayev
“Bayıl Arena”

18:00.“Qəbələ” – “Keşlə” - 1:1 
Qol: 
Amil Yunanov, 5 (0:1), Stiven Monroz, 76 (1:1)
Hakimlər: Rəvan Həmzəzadə, Cavanşir Yusifov, İsgəndər Əliyev, Etibar Həsənov
Qəbələ şəhər stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right