Ayxan Abbasov: “Bizim üçün onların sırasına daxil olmaq çətin olacaq”

“Yoxlama oyununda nəticə bizim üçün önəmli deyildi. Futbolçulardan istədiyimiz tempi aldıq. Futbolçuların meydanda hərəkəti və bəzi taktiki gedişlərimiz vardı. Oyunçuların yorğun vəziyyətdə necə qərar vermələrini görmək istəyirdik. Məncə, istədiklərimizi ala bildik”.

Newsport.az-ın məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Ayxan Abbasov “Sabah”a qarşı keçirilən yoxlama oyununu dəyərləndirərkən deyib.  

Gənc mütəxəssis komandanın hazırkı durumu barədə danışıb: “Bu gün komanda ilə bağlı fikir bildirmək tezdir. Hələ də transferlərimizi başa vurmamışıq. Cəmi iki legionerlə güclənmişik. Bəli, bu il bizim üçün çətin olacaq. Komandalar transfer ediblər, avrokuboklarda oynayırlar. Bizim üçün onların sırasına daxil olmaq çətin olacaq. Ancaq təslim olmayacağıq. “Zirə”nin əzmkar komanda olduğun göstərmək istəyəcəyik”.

Ayxan Abbasov transfer çalışmalarının davam etdiyini, hansı mövqelərə futbolçu axtarışında olduqlarını açıqlayıb: “Əsasən müdafiəçi və hücumçu axtarışlarına diqqət edirik. Heyətimizə 4 futbolçu cəlb etmişik. İnşallah, büdcəmiz imkan versə, bundan sonra 3 legionerlə güclənəcəyik”.

Çalışdırıcı komandadan göndərdikləri Riçard Qadzeni daha keyfiyyətli hücumçu ilə əvəz etmək istədiklərini deyib: “Onlar pis futbolçu olmayıblar, bizə çox kömək ediblər.  Ancaq onların yerini yaxşı futbolçularla doldurmağa çalışacağıq”.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right