Namik Ələsgərovun zədəsi ilə bağlı açıqlama

Dünən Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Macarıstanın "Uypeşt” klubu ilə oyununun ilk hissəsində zədələnərək əvəzlənən "Neftçi"nin futbolçusu Namik Ələskərovun vəziyyətinə aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, bu gün keçirilən tibbi baxışdan sonra məlum olub ki, yarımmüdafiəçinin sol dizində ön çarpaz bağ gərilib və hissəvi qopma olub. Sabah futbolçunun dizi növbəti dəfə müayinə olunacaq. Yalnız bundan sonra Namik Ələskərovun müalicəsinin nə qədər müddət çəkəcəyi müəyyənləşəcək. Bu haqda əlavə məlumat veriləcək

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right