Heydər Əliyev Kubokunda ən yaxşılar açıqlandı FOTOLAR

III Heydər Əliyev Kubokunda müxtəlif nominasiyalar üzrə ən yaxşılar müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, ən yaxşı bombardir üçün ayrılan mükafata aktivində 4 qol olan “Şüvəlan”ın futbolçusu Rəhman Musayev yiyələnib.

Ən yaxşı qapıçı üçün hazırlanmış mükafatı elə həmin klubdan Əli Həsənli qazanıb.

Turnirin ən yaxşı oyunçusu adına isə “Zaqatala”nın üzvü Sərxan Abdullayev sahib çıxıb.

Bundan əlavə görüşlərdə idarəçilik etmiş hakimlərə və onların işinə qiymət verən hakim-inspektora da xüsusi hədiyyələr təqdim edilib.

Mükafatları Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabarov Naxçıvan Muxtar Respublikasının Futbol Federasiyasının sədri Səbuhi Şahverdiyev təqdim ediblər.

 

 
 
 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right