“Sabah”ın məşqçilər korpusu müəyyənləşdi: Əhmədov niyə təqdim olunmur?

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu olacaq.

Ötən mövsüm I Divizionda mükafatçılar sırasına düşməməsinə rəğmən Lisenziya şərtlərini yerinə yetirən “Sabah” elitaya gətirildi. Premyer Liqanın yeni klubu olan “Sabah”ın ilk işi baş məşqçi postunda dəyişiklik etmək oldu. Belə ki, Arif Əsədovla yollarını ayıran “Sabah” baş məşqçi postuna Elşad Əhmədovu gətirdi. Tərəflər hər məsələdə razılıq əldə etsə də, Əhmədovun təyinatı rəsmən açıqlanmayıb.

Newsport.az saytının məlumatına görə, rəhbərliyin iştirakı ilə təqdimat mərasimi keçiriləcək və həmin mərasimində müqaviləyə imza atılacaq. “Sabah”ın məşqçilər korpusu da böyük ölçüdə müəyyənləşib. Belə ki, Samir Əliyevin gedişindən sonra “Səbail”i tərk edən Səttar Əliyev kluba cəlb olunub. Elşad Əhmədovun ikinci köməkçisi “Xəzər”də birgə işlədiyi Rövşən Babayev olacaq və bu məsələ dəqiqləşib. Qapıçılar üzrə məşqçi məsələsi isə hələ də açıq qalıb. Bu posta ən real namizəd Vitali Kovalyov olsa da, o ilk növbədə “Səbail” ilə danışıq aparacaq.

Qeyd edək ki, “Sabah”ın Premyer Liqada ev oyunlarını keçirəcəyi stadion da artıq məlumdur. Klub ev oyunlarını “Əlincə Arena”da keçirəcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right