"Sumqayıt" ilkə imza atıb

Azərbaycan Premyer Liqasında 20-ci tur çərçivəsində keçirilən “Sumqayıt” – “Kəpəz” qarşılaşmasında meydan sahibləri 2:1 hesabıyla qalib gələrək tarixində yeni səhifə açıb.

 

Newsport.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda Azərbaycan çempionatlarında ilk dəfə bir mövsümdə 10-cu qələbəni qazanıb. Bununla da 2012/13-cü ildə Bernhard Raabın çalışdırdığı komandanın rekordu yenilənib (9 qələbə, 8-heç-heçə, 15 məğlubiyyət). 

 

Qeyd edək ki, "gənclik şəhəri" təmsilçisi 2 dəfə bu rekordu yeniləməyə yaxın olub (2015/16: 9 qələbə, 12 heç-heçə, 15 məğlubiyyət, 2016/17: 9 qələbə, 8 heç-heçə, 11 məğlubiyyət).

 

Hazırda "Sumqayıt" 20 turdan sonra 34 xalla Premyer Liqanın turnir cdəvlində 3-cü pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right