Azərbaycan klubları UEFA-dan nə qədər qazanıb?

Bu gün AFFA-nın növbəti hesabat konfransı keçirilib.

Newsport.az xəbər verir ki, konfrans zamanı ötən il UEFA-nın Azərbaycan klublarına ayırdığı vəsait də açıqlanıb.

Ölkə təmsilçilərindən ən çox vəsait “Qarabağ” üçün ayrılıb. Avropanın ali futbol qurumu Azərbaycanı ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində təmsil etmiş Ağdam təmsilçisinin hesabına 33350068 manat vəsait köçürüb.

“Qəbələ”nin hesabına isə 1570640 manat vəsait daxil edilib.

Digər klublara isə ağağıdakı məbləğdə vəsait köçürülüb:

Zirə - 996626 
İnter (Keşlə) - 858484 
Neftçi - 202957 
Kəpəz - 202957 
Sumqayıt - 138142 
Şüvəlan - 138142

Ümumilikdə, ötən il UEFA tərəfindən Azərbaycan klublarının hesabına 37458016 manat vəsait köçürülüb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right