"Keşlə" yeni transferini göndərməyə hazırlaşır!

Qış transfer dönəmində heyətində ciddi dəyişikliklər edən klublardan biri də "Keşlə" olub. Baş məşqçi postuna Yuri Maksimovu gətirən paytaxt klubu 9 yeni futbolçu ilə anlaşıb, 4 oyunçu ilə yollarını ayırıb. 

Qış transfer dönəmində komandaya cəlb olunan futbolçulardan biri də Pablo Podiodu. Çexiyanın "Fastav" klubundan icarəyə götürülən futbolçu ilə mövsümün sonuna qədər sözləşmə imzalanıb. 

Newsport.az saytının məlumatına görə, argentilanın paytaxt klubundakı karyerası qısa çəkə bilər. Çünki komandanın baş məşqçisi Yuri Maksimov yarımmüdafiəçinin durumundan razı deyil. Ukraynalı mütəxəssis futbolçunun müqaviləsinə xitam verilməsini istəsə də, bu, indiki zamanda o qədər də real görünmür. 

Maraq üçün bildirək ki, Podio Yuri Maksimovun gəlişindən əvvəl "Keşlə"yə cəlb olunub. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right