Cavid Hüseynov: "Meydana belə çıxmaq düzgün deyil"

"Qəbələ"nin kapitanı Cavid Hüseynov Azərbaycan Premyer Liqasının 15-ci turunda səfərdə "Qarabağ"la keçirdikləri matçdan (0:0) sonra jurnalistlərin suallarını cavablandırıb.
 

Newsport.az saytnın məlumatına görə, yarımmüdafiəçi öncə oyun haqda danışıb:
 
- Gözlədiyimiz kimi qarşılaşma çətin keçdi. “Qarabağ” hücumlar edirdi və yaxşı oyun sərgilədi.
 
- Həftə ərzində qızdırmalı olmusan. Oyuna tam hazır idin?
- 1 həftə qızdırma düşmədi. 1 həftə ərzində 2 dəfə məşq etdim. Oyunda əvvəlki yüngül hazırlıqlar idi. İstər-istəməz tam hazır deyildim. Vacib oyun olduğu üçün meydanda olmaq istədim.
 
- Heç-heçə daha çox kimə sərf etdi: “Qarabağ”a, yoxsa “Qəbələ”yə?
- Oyuna baxanda bizə sərf edir.
 
- “Qəbələ”nin mərkəz forvarda ehtiyacı var?
- Bəli, var. Toplanış vaxtı da demişdik ki, hücumçu lazımdır.
 
- Komanda yoxlama oyunlarında daha istəkli görünürdü...
- Mən də onu düşünürəm. Belə oyun gözləmirdim. Çox aşağı səviyyədə çıxış etdik. “Qarabağ”la ən zəif oyunumuzu keçirdik. Udsaydıq, 1-ci pilləyə şansımız daha çox olacaqdı. Bu oyunu analiz edəcəyik. Məşçimiz bizimlə söhbət edəcək. Meydana belə çıxmaq düzgün deyil.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right