Rəşad Sadiqov: "Əgər oyun satan futbolçu varsa, o, futboldan kənarlaşdırılmalıdır" Müsahibə

Azərbaycan Premyer Liqasının 14-cü turu çərçivəsində "Neftçi" "Qarabağ"la  qarşılaşıb və 0-1 hesabı ilə məğlub olub.

Newsport.az xəbər verir ki, oyunsonrası"ağ-qaralar"ın futbolçusu Rəşad Sadiqov stadiona ezam olunmuş əmaktaşımızın suallarını cavablandırıb. O, ilk öncə oyun haqda fikirlərini bildirib:

Son  bir neçə ilin çempionuna qarşı oynadıq. “Qarabağ”ın gücünə bələdsiz, hər kəs bilir ki, evdə necə oynayırlar. Oyuna yaxşı hazırlaşməşdıq. Sadəcə futbolçularımızda qorxu hissi var idi sanki. “Qarabağ”ın adından çəkinirdilər. Qol buraxandan sonra komanda ikinci hissədə toparlana bilmədi. Çox yaxşı futbol sərgilədik, lakin məğlub olduq.

-Bu məğlubuyyət sizə nə dərəcə də təəsir etdi?

-3 xal da götürə bilərdik, bir xal da. Biz hər ikisindən olduq. Bu hal-hazırda qızıla bərabərdir. Çünki Avrokuboka düşmək üçün oynayırıqsa, istər çempion olsun, istərsə də digər komanda, biz hər bir oyundan xal almağı bacarmalıyıq.

-Komandalarda bəzən olur ki, “Qarabağ”ın adından çəkinirlər. Bu xofu atmaq üçün nə etmək lazımdır?

-Bəzi futbolçularda bu gennən gəlir deyərdim. (gülür) Nə qədər deyirsən xeyri olmur. Meydana çıxanda istər-istəməz hiss olunur çəkindikləri. Bəzi futbolçular var  UEFA-nın oyunlarına da çıxanda həyacan olur onlarda. Bəlkə də təcrübə topladıqca bu hallar aradan qalxacaq.

-Bu gün klubunun adı Mirhüseyn və Nizmi olayında hallanır. Bəs sən necə, nəsə bir şey hiss etmisənmi bu haqda? Nə deyə bilərsən bu barədə?

-Açığı inanmıram onlar belə bir şey etsinlər. Biznən oyunda kimsə pul versin ya başqa hallar. Sadəcə klub dörd-beş oyun udan kimi, çalışırlar klubun adına qara yaxsınlar. Ovaxtı da “Neftçi” çempion olanda hər cür adlar başladılar çıxarmağa. Digər komandalardan “Qarabağ”olsunbir az yaxşı çıxış edəndə yalan yaxmağa başlayırlar. Biz bir neçə oyun ard-arda qalib gəldik, başladılar “Neftçi”dən danışmağa. İnanmıram elə bir hadisə yaşandığına. Əgər əllərindı sübut varsa müəyyən tədbirlər gprəcəklər.

-İki yarımmüdafiəçinin komandanın uduzmasını təşkil etməsi, nə qədər realdır səncə?

-İnanmıram açığı. Çünki müdafiəni əsas qapıçı, müdafiəçilər qoruyur. Onların belə bir şeyə getdiklərinə inanmıram açığı.

-Ancaq Mirhüseyinin etirafı var ki, bilərəkdən oynamamışam. Bu sənin üçün gözlənilməz olmadı ? Ən azı neçə il bir yerdə oynamısız..

-Bilmirəm nəyə görə o etirafı edib. Özündən dəqiq soruşmaq lazımdır. Ola bilər ki, kimsə özündən uydurub. Açıq danışaq da, həmişə iki tərəfi də dinləmək lazımdır. Rəhbərlik bir söz deyə bilər, futbolçu başqa bir söz.  İkisində qarşıq-qarşıya qoyub dinləmək lazımdır ki,  hər şey ortaya çıxsın. Bir tərəfli qərar vermək mənə yaraşmaz.

-Futbolçular günahkar olsalar belə, bu qərar çox ağır deyil səncə?

-Günahkar olsalar, qərar ağır deyil. Mən həmişə demişəm əgər oyun satan futbolçu varsa, o, futboldan kənarlaşdırılmalıdır. Bir mənalı olaraq. Çünki bir-iki nəfərə görə, qalanları əziyyət çəkirsə, onlar futboldan kənarlaşdırılmalıdır məncə. Həqiqət olarsa AFFA düzgün qərar verib.

-Bayaq dedin ard-arda qələbələrdən sonra bu hallar yaşandı.  Onda belə çıxır ki, bu söhbətlər “Neftçi”yə qarşı təxribatdır?

-Biz “Keşlə” klubu ilə çox oynamışıq və qalib gəlmişik.  Onlar bir çox klubu dalbadal uduzublar, lakin təkcə bizim adımız hallanır. Reallığa qalsa  onlar bu büdcə ilə komanda qura bilməzlər. Açıq danışaq futbolçu ala bilmirsən, oyunçu klubu tərk edir, bu hallardan sonra hansı klub yer tuta bilər? Onun üçün də məğlubiyyətlər qaçılmazdır.

-Futbolçular ilə görüşüb, dəstək vermək fikrin varmı?

-Hələ ki, danışmamışıq. Danışmaq fikrim var.Çünki Mirhüseyn gəncdir, Nizami də bir çox klubların şərəfini qoruyub. Uzun zamandır futboldadı. Araşdırmaq lazımdır. Sonra da nə dəstək lazımdır verərik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right