"Ağsu" bir 1 qolla 3 xalı aktivinə yazdı Video icmal

Azərbaycan 1-ci Divizionunun 11-ci turuna start verilib.

Newsport.az xəbər verir ki, sonuncu oyun günü "Ağsu" kollektivi "Şüvəlan"ı qəbul edib. Sakit məcrada keçən qarşılaşmada qapılarda bir qol qeydə alınıb. Görüşün ikinci hissəsində Əlimərdan Əlimərdanlı 55-ci dəqiqədə fərqlənərək komandasına qələbə gətirən topu vurub. Bu qalibiyyət sayəsində xallarının sayını 14-ə yüksəldən ev sahibləri, "Şüvəlan" klubundan iki xal geri qalaraq 7-ci pillədə qərarlaşırlar. Qonağlar 16 xalla 6-cıdı.

Qeyd edək ki, turnir cədvəlinə 29 xalla "Qaradağ Lökbatan" başçılıq edir. Ondan 9 xal geri qalan MOİK isə ikinci yerdə qərarlaşır. Qara zolağdan çıxa bilməyən "Zaqatala" kollektivi isə 11 turdan sonra topladığı 3 xalla sonuncudu.

<iframe width="623" height="423" src="https://www.youtube.com/embed/jVAx7ar596M" frameborder="0" gesture="media" allowfullscreen></iframe>

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right