Rüstəm Əfsərli "Neftçi"dən ayrıldı

“Neftçi”nin Media və Marketinq Departamentinin rəisi Rüstəm Əfsərli klubdan ayrılıb.

Newsport.az-ın məlumatına görə, o, şəxsi işləri ilə əlaqədar bu qərarı verib. Əfsərli yenidən “CBC Sport” telekanalındakı işini davam etdirəcək. Onun “Neftçi” ilə hər hansı problemi olmayıb. O, Qol.az-a açıqlamasında məlumatı təsdiqləyib.

Qeyd edək ki, R.Əfsərli bu ilin iyun ayından “Neftçi”də çalışırdı. O, bundan əvvəl "Simurq" və AZAL klublarında da işləyib. 2015-ci ildən “Neftçi”də çalışana qədər isə  "CBC Sport"da şərhçilər qrupuna rəhbərlik edirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right