Araz Abdullayev rəsmən Kipr klubunda

"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayevin "Anortosis" klubuna keçidi rəsmiləşib.
 
Newsport.az xəbər verir ki, bu barədə Kipr klubunun rəsmi saytı məlumat yayıb. Bildirilr ki, 25 yaşlı yarımmüdafiəçi Famaqusta təmsilçisində icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir.


Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə "Neftçi"nin formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Araz 2017-ci ilin qış transfer pəncərəsində "Qəbələ" ilə müqavilə imzalamışdı.

 

Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib.





Xəbər lenti







İnter Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Kəpəz