"Neftçi"yə texniki məğlubiyyət

AFFA İntizam Komitəsi "Neftçi"yə texniki məğlubiyyət verib.

Newsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVII turunun “Zirə” - “Neftçi” oyununda yaşanan hadisəyə hüquqi qiymə verib. Komitə gözlənilən qərarı rəsmiləşdirib və 2:2 hesabı ilə başa çatan qarşılaşmanın 68-ci dəqiqəsində legioner limitini pozan “Neftçi”yə texniki məğlubiyyət verib. Ruslan Abışovu Uqo Barqasla əvəzləyib, meydanda 4 yerli futbolçu saxlayan Elxan Abdullayevin bu səhvi “ağ-qaralar”a xal itkisi hesabına başa gəlib.

Bakılılar qazandığı 1 xalı texniki məğlubiyyət üzündən itirib. Nəticədə hesabında 30 xal olan “ağ-qaralar”ın aktivində 29 xal qalıb. “Zirə” isə əlavə 2 xal əldə edib. Artıq qəsəbə klubunun 34 deyil, 36 xalı var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right