Albaniya millisinin üzvü Azərbaycan klubunda?

"PAS Giannina"nın futbolçusu Andi Lila karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Newsport.az xəbər verir ki, bu barədə "novasports.gr" saytı məlumat yayıb. Məlumatda bildirilir ki, Albaniya yığmasının üzvü Azərbaycan klublarının birindən təklif alıb. Əgər o, klubu ilə mövsümün sonuna başa çatacaq müqaviləsinin müddətini artırmasa, böyük ehtimalla ölkəmizə üz tutacaq. 

 

Qeyd edək ki, Lina peşəkar futbolçu karyerasına "Lesa" klubunda başlayıb. 2011-ci ildən "Pas Giannina"nın şərəfini qoruyan futbolçu 2015-ci ildə icarə əsasında İtaliyanın məşhur "Parma" klubunda top qovub. O, Albaniya millisi ilə ötən il Fransada təşkil olunan Avropa çempionatında da iştirak edib. 31 yaşlı futbolçu həmin turnirdə 2 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right