“Neftçi”nin rəqibindən yeni transfer

“Neftçi”nin Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi olan Kipr “Aris”i heyətini yeni futbolçu cəlb edib. 

Newsport.az-ın məlumatına görə, Limassol təmsilçisi Mihlali Mayambelanı transfer edib. 

Cənubi Afrika Respublikasından olan 25 yaşlı yarımmmüdafiəçi ilə 2 illik müqavilə imzalanacaq. 

Qeyd edək ki, Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları iyulun 21-də, cavab görüşləri iyulun 28-də olacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right