"Qarabağ" "Lex"ə uduzarsa, "Dinamo" ilə qarşılaşa bilər

"Qarabağ" Çempionlar Liqasının birinci təsnifat mərhələsində "Lex"lə qarşılaşacaq.

Newsport.az xəbər verir ki, Ağdam klubunun qalib gələcəyi təqdirdə ikinci mərhələdə "Sürix"lə qarşılaşacağını xəbər vermişdik. Komanda uduzarsa, mübarizəsini Konfrans Liqasında davam etdirəcək.

Burada da Qurban Qurbanovun rəhbərlik etdiyi kollektivin mümkün rəqibləri bəlli olub. Belə ki, "Qarabağ" "Lex"ə uduzarsa, Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Bratislava, Slovakiya) - "Dinamo" (Batumi, Gürcüstan) cütünün məğlubu ilə üz-üzə gələcək. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right