Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqiblərinin sayı azaldı

Bu gün UEFA Konfrans Liqasında ikinci təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Newsport.az-ın məlumatına görə, püşkdən öncə klubları müəyyən qruplara bölünüb. Ölkəmizi Avropa Konfrans Liqasında təmsil edəcək klublar - "Neftçi", "Zirə" və "Qəbələ"nin də də potensial rəqiblərinin sayı azalıb.

"Neftçi"nin potensial rəqibləri:

"Dinamo" (Minsk, Belarus)/"Deçiç" (Monteneqro) cütünün qalibi, "Aris" (Kipr), "Saburtalo" (Gürcüstan)/"Partizani" (Albaniya) cütünün qalibi, "Makedoniya GP" (Şimali Makedoniya), "Velej Mostar" (Bosniya və Herseqovina)

"Qəbələ"nin potensial rəqibləri:

APOEL (Kipr), "Başakşəhər" (Türkiyə), "Fehervar" (Macarıstan), "Aris" (Yunanıstan), "Radniçki" (Serbiya)

"Zirə"nin potensial rəqibləri:

"Dinamo" (Tbilisi, Gürcüstan)/"Payde" (Estoniya) cütünün qalibi, BATE, "Kayrat" (Qazaxıstan), "Universitatea Krayova" (Rumıniya), "Makkabi" (Təl-Əviv, İsrail)

Püşkatma mərasimi Bakı vaxtı ilə 15:00-da keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right