"Avropa, güclü dayan, "Qəbələ" gəlir"

"Qəbələ"nin futbolçusu Stefan Vukçeviç instaqramda paylaşım edib.

 

Newsport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Konfrans Liqasına vəsiqə qazanmaları ilə bağlı bunları yazıb:

 

"Avropa, güclü dayan, "Qəbələ" gəlir. Məqsədimizə çatdıq. Bəli, birlikdə. Komandamı təbrik edirəm. Biz buna layiq idik".

 

Monteneqrolu yarımmüdafiəçi "Qəbələ"nin heyətində 24 Premyer Liqa matçında meydana çıxıb və 1 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right