UEFA-dan qərar: Çempionlar Liqasında 36 komanda

UEFA İcraiyyə Komitəsi 2024/2025-ci il mövsümündən qüvvəyə minəcək avrokubok yarışlarının yeni formatını təsdiqləyib.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, yeni sistemə əsasən, Çempionlar Liqasında iştirak edəcək klubların sayı 32-dən 36-ya yüksələcək. Əlavə olunacaq 4 vəsiqədən biri öz çempionatında 3-cü, UEFA-nın milli assosiasiyalar reytinqində 5-ci yeri tutan kluba veriləcək. Çempionlar yolu ilə mərhələ adlayan komanda sayı 4-dən 5-ə artırılacaq ki, bu da qeyd edilən 4 vəsiqədən biri olacaq. Son 2 yeri klubları ötən il ən yaxşı mövsüm keçirmiş iki ölkəyə verəcəklər.

Ölkəni avrokuboklarda təmsil edəcək komandaların sayı klub əmsallarına görə deyil, əvvəlki mövsümün uğurlarına görə müəyyənləşəcək. Çempionlar Liqasında qrup matçlarının sayını 10-dan 8-ə endiriləcək.

36 komanda vahid liqada yarışacaq. Rəqiblər mövsümöncəsi reytinq mövqeləri əsasında müəyyənləşəcək. Səkkiz ən yaxşı klub avtomatik olaraq turnirin 1/8 finalına çıxacaq, Daha 16 komanda 1/8 finala vəsiqə qazanmaq üçün 2 oyundan ibarət pley-off matçları keçirəcəklər.

​Dəyişikliklər Avropa Liqası və Konfrans Liqasında da tətbiq olunacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right