KK: “Roma” “Lester Siti”yə qarşı Yenilənir

Bu gün Avropa Konfrans Liqasında yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.

Newsport.az xəbər verir ki, Joze Mourinyonun başçılıq etdiyi “Roma” ilk oyunu səfərdə keçirəcək. “Canavarlar” İngiltərədə “Lester Siti”nin qonağı olacaq. İtaliya A Seriyasında işləri yaxşı getməyən “Roma” Konfrans Liqasının qalibi olmağa can atır.

Yarımfinalın daha bir oyunu isə “Feyenoord”la Marsel “Olimpik”i arasında keçiriləcək. Fransa klubu Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ı mübarizədən kənarlaşdırmışdı.

Avropa Konfrans Liqası
Yarımfinalın ilk oyunları

28 aprel

23:00. Lester Siti (İngiltərə) – Roma (İtaliya)
Baş hakim: Karlos del Serro (İspaniya).

23:00. Feyenoord (Niderland) – Olimpik (Marsel, Fransa)
Baş hakim: Maykl Oliver (İngiltərə).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right