UEFA Marsel “Olimpik”ini növbəti dəfə cəzalandırdı

UEFA Fransanın “Olimpik” (Marsel) klubunu cəzalandırıb.

Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna Marsel təmsilçisinin azarkeşlərinin Konfrans Liqasının 1/4 final mərhələsi çərçivəsində PAOK-la ev oyunundakı (2:1) davranışları səbəb olub.

Fanatların matçdan öncə rəqib komandanın tərəfdarlarına hücum etməsi, oyun vaxtı isə tribunada fişəng yandırması və meydana yad əşyalar atması klubun 98 000 avro cərimələnməsi ilə nəticələnib. Bundan başqa, UEFA priotexniki vasitələrin istifadə olunduğu tribunaların bağlanmasına qərar verib.

Xatırladaq ki, Fransa klubu bu mövsüm “Qarabağ”a qarşı pley-off və İsveçrə “Bazel”i ilə 1/8 final mərhələsinin ev oyunlarından sonra da analoji hadisələrə görə cərimə ödəmək məcburiyyətində qalmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right