Xorxe Sampaoli: "Qurban Qurbanovu tərənnüm etməyə söz tapa bilmirəm"

Avropa Konfrans Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunundan sonra "Marsel"in baş məşqçisi Xorxe Sampaoli mətbuat konfransında iştirak edib.

Newsport.az-ın məlumatına görə, 61 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Əlbəttə ki, çətin oyun oldu. İlk matç da çətin keçmişdi. Amma bu dəfəki qələbə daha rahat oldu.

- “Qarabağ”ın oyunçusu əllə qol vursa da, Qurban Qurbanov buna reaksiya verdi və hakim qolu hesaba almadı. Həmin epizodla fikriniz necədi?

- Bilmirəm necə şərh bildirim. Həyatımda belə şey görməmişdim. Bu cür səviyyəli yarışda, istər futbolçu, istər məşqçi olsun, belə şəxssiyyətlilik nümayiş etdirmək... Onun yerində olmaq istəyərdim. Onu tərənnüm etməyə başqa söz tapa bilmirəm. Qurban Qurbanovun hərəkətinə həsəd apardım.

- Məşqçilik karyeranız ərzində “Qarabağ”ın vurduğu qola bənzər hadisə qarşılaşmısınız? Sizin komandanızın başına belə hadisə gəlsəydi, qərarınız necə olardı?

- Belə bir şey olmayıb, heç vaxt görməmişəm. Əgər olsaydı, səmimi deyim ki, hakimin qərarını dəyişməsinə razılaşmazdım və qolu qeyd edərdim. Sadəcə bu gün elə şey baş verdi ki, mənim üçün yenilik, təcrübə oldu.

- Oyundan əvvəl klubun rəsmi səhifəsində atla şəkil paylaşılmışdı. Qurban Qurbanovun bu cür fair-play hərəkətindən sonra evə nə ilə gedirsiniz?

- Təbii ki, geriyə təyyarə ilə qayıdacağıq. “Qarabağ”ın Konfrans Liqasında digər oyunlarını izləmişəm. Hər iki oyunu götürsək, etiraf etməliyəm ki, bizdən üstün oynadılar. “Qarabağ” hörmətə layiq komandadı. Etiraf edim ki, qələbəni oyunçuların fərdi ustalığı sayəsində qazanmışıq.

- Bu oyunun ən yaxşı oyunçusu kim oldu?

- Əslində, çox çətin sualdı. Düşünürəm ki, Stiv Mandandadı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah