"Qarabağ" oynamağa imkan vermədi" - "Marsel"in baş məşqçisi

"Marsel"in baş məşqçisi Xorxe Sampaoli  Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a 3:1 hesabı ilə qalib gəldikləri ilk oyunu şərh edib.

Newsport.az-ın məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib:

“Bizim üçün çətin oldu, çünki "Qarabağ" oynamağa imkan vermədi. İlk hissə ağır keçdi. İkinci hissədə isə ümumiyyətlə oynaya bilmədik. Kollektiv şəkildə zəif oynadıq. Arkadiuş Milikin oyundan çıxarkən mənfi jestini görmədim. Məni maraqlandıran onların oynadıqları dəqiqələrdir. Çünki qarşıda vacib oyunlarımız var”.
 
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü fevralın 24-də Bakıda keçiriləcək.

 

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah