“Bazel” – “Qarabağ” matçındakı hakim səhvi Avropa mətbuatının gündəmində: "Biabırçılıq"

Avropa mətbuatı Konfrans Liqasının H qrupunun 6-cı turu çərçivəsində “Qarabağ”ın “Bazel”lə görüşdə hesaba alınmayan qolu barədə yazıb.

Newsport.az-ın məlumatına görə, müxtəlif ölkə portalları Ağdam klubunun futbolçusu Abdullea Zubirin vurduğu qolu oyunun nə baş hakimi, nə də laysmanın qeydə almaması futbol jurnalistlərini təəccübləndirib. 

Britaniyanın “The Sun” nəşri epizodu belə şərh edib: "Topun qapı xəttini 2 metr keçməsinə baxmayaraq, hakimin qolu qeydə almamasına görə oyunçular məəttəl qalmışdı".

İspaniyanın tanınmış AS nəşri isə hakimin kobud səhvini daha lakonik şərh verib: "Biabırçılıq".

Fransanın RMC Spor nəşri isə xorvatiyalı hakimlər briqadasının buraxdığı səhv haqda bunları yazıb: “Ciddi hakim səhvindən sonra “Qarabağ”ın “Bazel”lə matçda qeydə qolu qeydə alınmadı”.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right