"Qarabağ"ın futbolçuları ən yaxşılar sırasında

Konfrans Liqasının qrup mərhələsinin VI turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

 

Newsport.az-ın məlumatına görə, ən yaxşılar sırasında təmsilçimiz "Qarabağ"ın futbolçuları da var.

 

Kadi Borges cinahdan cərimə meydançasına ən çox dəqiq ötürmə verən iki oyunçudan biridir. 25 yaşlı yarımmüdafiəçinin "Bazel"lə oyunda 5 cəhdi uğurlu alınıb. Braziliyalı oyunçu Niderlandın "Vitess" klubunda çıxış edən Maksimilian Vitteklə birlikdə 1-2-ci yerləri bölüşdürür.

 

"Qarabağ"ın qapıçısı  Şahruddin Məhəmmədəliyev isə ən çox qurtarış edən qapıçıların sırasındadı. O, "Bazel"dən Haynts Linder və Serbiya "Partizan"ından Aleksandar Popoviçlə birgə 4 - 6-cı pillələri bölüşdürür. Hər üç qolkiper 5 dəfə komandasını real qoldan xilas edib.

 

Qeyd edək ki, "Qarabağ" "Bazel" 0:3 hesabı ilə məğlub olaraq qrupu 2-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right