Qarabağ"ın futbolçuları ən yaxşılar sırasında

Konfrans Liqasının qrup mərhələsinin V turundan sonra futbolçuların statistik göstəriciləri açıqlanıb.

“Qarabağ”ın üzvləri Maksim Medvedev və Qara Qarayev ən çox dəqiq ötürmə verən futbolçular sırasında yer alıb. Hər iki futbolçu Tofiq Bəhramov adına Respublika Stadionunda “Omoniya” ilə keçirilən görüşdə (2:2) 83 dəqiq ötürmə ilə yadda qalıb.

Maksimlə Qara 5-ci turda dəqiq ötürmə baxımından 2-3-cü yerləri bölüşdürür. Milli komandamızın oyunçuları yalnız “Randers”in üzvü Lasse Berq Yonsendən geri qalır. Norveçli yarımmüdafiəçi ÇFR-lə görüşdə 92 dəqiq ötürmə ilə komandasının 2:1 hesablı qələbəsində böyük pay sahibi olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right