“Qarabağ”ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi “Omoniya” Kipr çempionatında növbəti oyununa çıxıb.
Newsport.az-ın məlumatına görə, Nikosiya təmsilçisi Bakı səfəri öncəsi X tur matçını keçirib.
Henninq Berqin yetirmələri doğma arenasında ikinci pillədə qərarlaşan “Aris”lə üz-üzə gəlib.
Birinci hissədə rəqibi iki dəfə mərkəzə dəvət edən “Omoniya” son saniyələrdə daha bir qol vuraraq, matçdan 3:0 hesablı qalibiyyətlə ayrılıb.
Bununla xallarının sayını 13-ə çatdıran nikosiyalılar turnir cədvəlində 6-cı pilləyə yüksəlib.
“Qarabağ”la “Omoniya” arasında Konfrans Liqasının V turundakı oyun noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.