"Qarabağ"ın rəqibi kubokun finalına yüksəldi

Futbol üzrə Qazaxıstan Kubokunda yarımfinal mərhələsinin oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Avropa Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan "Kayrat" "Astana" ilə cavab matçına çıxıb. Almatı təmsilçisi doğma meydanda rəqibini 3:0 hesabı ilə məğlub edib. İlk qarşılaşmada da eyni hesabla qələbə qazanan "Kayrat" adını finala yazdırıb. 

Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv həlledici oyunda "Tobol" - "Şaxtyor" (Karaqanda) cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, "Qarabağ" Konfrans Liqası qrup mərhələsinin hər iki oyununda "Kayrat"ı 2:1 hesabı ilə məğlub edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right