“Bakı Metropoliteni”ndən “Qarabağ”a müsbət cavab

“Bakı Metropoliteni” QSC “Qarabağ”ın Kipr “Omoniya”sı ilə Konfrans Liqasının qrup mərhələsinin 5-ci turunda keçiriləcək ev oyunundan sonra metronun daha gec bağlanması ilə bağlı müraciətini müsbət cavablandırıb.

Newsport.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib. O bildirib ki, Avropada saatlar irəli çəkildiyi üçün ölkəmizdə matç 1 saat gec başlayacağına görə “Bakı Metropoliteni”nə müraciət ediblər və müsbət cavab alıblar.

Gündüz Abbaszadənin sözlərinə görə, bununla əlaqədar Bakı Metropoliteninin iş qrafikinə dəyişiklik edilib və metronun “Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyalarının giriş qapıları noyabrın 25-dən 26-na keçən gecə adəti üzrə saat 24:00-dək deyil, bir saat artıq, saat 01:00-dək açıq olacaq. (qol.az)

Noyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Omoniya” matçına saat 21:45-də start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right