"Qarabağ" qapıya iki zərbə vurdu, hər ikisi qol oldu” - Kurban Berdıyev

"Kayrat"ın baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının 4-cü turunun "Qarabağ"a qarşı keçirilən oyunundan sonra mətbuat konfransında danışıb.

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis matçla bağlı bunları deyib: "Ağır oyun oldu. Qapıya 2 zərbə və 2 qol oldu. 

"Oyunumuzun keyfiyyətindən razıyıq, nəticədən yox. İki dəfə 2 əks-hücumdan qol buraxdıq. Uşaqlara dedim ki, işbirliyimiz olandan ən yaxşı oyunumuz idi. 

- Demişdiniz ki, Yaçek Quralski 90 dəqiqə oynamayacaq. Ancaq o, bütün oyunboyu meydanda oldu. Məcburiyyətdən belə oldu?
- Əslində, Yaçeki meydanda sonradan daxil etmək istəyirdik. Sadəcə Polyakov müdafiədə bizə lazım idi.

- Buraxılan ikinci qol müdafiəçilərin səhvi idi?
- Stas Pokatilovla epizodun təkrarına baxdıq. O, çərçivədən çıxmalı deyildi. Əgər yerində qalsaydı, topa çatacaqdı. Stas yerində qalsaydı, bəlkə də qol olmayacaqdı. 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right