"Qarabağ"ın futbolçusunun "Kayrat"a qarşı oynaması sual altındadı

"Qarabağ"ın aparıcı üzvü Abdullah Zubir Konfrans Liqasının qrup mərhələsinin 4-cü turu çərçivəsində "Kayrat"a qarşı oyunu buraxa bilər.

Newsport.az-ın məlumatına görə, 29 yaşlı futbolçu Premyer Liqanın 9-cu turu çərçivəsində "Neftçi"yə 4:0 hesabı ilə qalib gəldikləri matçda aldığı zədənin müayinəsi nəticəsində sağ ayağının arxa əzələsində problem aşkarlanıb. Ona görə də Zubirin "Kayrat"la matçda meydana çıxıb-çıxmayacağı dəqiqləşməyib.

Noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right