"Sumqayıt" səfərdə "Çukariçki" ilə heç-heçə etdi Yenilənib

Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə start verilib.

Newsport.az-ın məlumatına görə, turnirdəki təmsilçilərimizdən "Sumqayıt" bu gün mübarizəyə başlayıb.

Ayxan Abbasovun komandası ilk dəfə keçirilən bu yarışa Serbiyanın “Çukariçki” klubu ilə oyunla start verib.

Belqradda keçirilən matç Azərbaycan futbol tarixinə yeni yaradılan Konfrans Liqasındakı ilk oyun kimi düşüb. Görüşdə qapılara qol vurulmayıb və "Sumqayıt" səfərdən sərfəli nəticə ilə qayıdıb. 

Sabah isə "Qarabağ" və "Keşlə" bu turnirdə mübarizəyə qoşulacaq.


21 iyul

Konfrans Liqası

2-ci təsnifat mərhələsinin ilk oyunu

22:00. “Çukariçki” (Serbiya) – “Sumqayıt” (Azərbaycan) - 0:0
Baş hakim
: Urs Şnider (İsveçrə)
Belqrad. “Çukariçki” stadionu





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right