Rostislav Pevtsov Portuqaliyada 5-ci oldu

Аzərbaycan triatlonçusu Rostislav Pevtsov Portuqaliyanin Koimbra şəhərində keçirilən Avropa kubokunda 5-ci olub.

Newsport.az-ın məlumatına görə, təmsilçimiz 62 idmançının mübarizə apardığı yarışı 50 dəqiqə 48 saniyəlik nəticə ilə başa vurub.

Pevtsov 750 metrlik su məsafəsini 9 dəqiqə 6 saniyəyə qət edib. Ardınca idmançımız 20 kilometrlik velodistansiyanı 24 dəqiqə 59 saniyəyə başa vurub. Nəhayət, yarışların sonuncu mərhələsi – 5 kilometrlik qaçış zolağını təmsilçimiz 15 dəqiqə 06 saniyə nəticə ilə tamamlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right