Əcnəbi turistlər dünya çempionatında necə istirahət edir?

Velosiped idmanının BMX növü üzrə Bakıda keçirilən dünya çempionatı ilə əlaqədar paytaxtımıza minlərlə turist gəlib. Həm onların, həm də yerli tamaşaçıların vaxtlarını səmərəli keçirmələri və istirahət etmələri üçün Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən Veloparkda bütün şərait yaradılıb.

Newsport.az-ın məlumatına görəDünya çempionatı davam edən günlərdə Veloparkın istirahət və əyləncə mərkəzində olan tamaşaçılar buradan yarışların gedişini izləyir, milli mətbəximizin təamlarını dadır, həmçinin onlar üçün təşkil edilən konsert proqramlarında əylənirlər. Qeyd edək ki, Veloparkın istirahət və əyləncə mərkəzinə giriş pulsuzdur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right