Moskva Halqasında ilk fəxri kürsü

Rusiyanın paytaxtı Moskvada Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) 2.2 kateqoriyalı “Moskvanın 5 halqası” (Five Rings of Moscow) veloturu start götürüb.
Newsport.az-ın məlumatına görə, 23 komandanın mübarizə apardığı yarışda kontinental velosiped komandamız “Synergy Baku” 6 idmançı ilə təmsil olunur.
 
Rusiya paytaxtına Musa Mikayılzadə, Ənvər Asanov, Kiril Pozdnyakov, Kərim Şirəliyev, Samir Cəbrayılov və Telman Vəliyevlə yollanan komanda üzvərimizdən 1-ci mərhələdə ən yüksək nəticəyə Kiril imza atıb – o, 156,8 km məsafəni 3-cü sırada tamamlayıb.
 
Sabah keçiriləcək 2-ci mərhələdə iştirakçılar 163.2 km məsafə qət edəcəklər. Yarışa mayın 6-da yekun vurulacaq.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right