Formula-1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

Formula-1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışın keçirildiyi Bakı trekində Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

Veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, London-2012 Yay Olimpiya Oyunlarının cüdo yarışlarının qalibi Elnur Məmmədli, qazaxıstanlı Olimpiya çempionu, London-2012-nin şosse velosipedi üzrə qrup ötüşməsinin qızıl medalçısı, “Astana” Dünya Turu komandasının baş meneceri Aleksandr Vinokurov, AzVİF-in baş katibi Fərhad Əliyev, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped İdman Klubunun üzvləri iştirak ediblər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right