İddiaçılar Turniri: Teymur Rəcəbov bu gün polşalı şahmatçı ilə qarşılaşacaq

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İspaniyanın paytaxtı Madriddə təşkil olunan İddiaçılar Turnirində bu gün növbəti görüşünü keçirəcək.

Newsport.az-ın məlumatına görə, 35 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla polşalı Yan-Kşiştof Duda ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlanacaq.

Şahmatçılar arasında IV turda baş tutmuş ilk matçda heç-heçə qeydə alınıb.

10 turdan sonra 5,5 xala malik Rəcəbov 5-ci yerdə gedir. O, hərəyə 4 xal toplamış Duda, Rapport və Firuzcanı üstələyir. Turnir cədvəlinə 7 xalı olan Nepomnyaşi başçılıq edir. Nakamura, Karuana və Liren hərəyə 5,5 xalla 2 - 4-cü yerlərdə qərarlaşıblar.

Bu gün eyni zamanda Nakamura - Rapport, Firuzca Nepomnyaşi və Karuana - Liren görüşləri keçiriləcək.

Qeyd edək ki, İddiaçılar Turnirinə iyulun 7-də yekun vurulacaq. Yarışın qalibi şahmat tacı uğrunda görüşdə norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right