Mayk Tayson: "Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm"

"Həyatımın ən yaxşı 3 ilini həbsxanada keçirmişəm".

Newsport.az-ın məlumatına görə, bunu ABŞ-ın əfsanəvi boksçusu Mayk Tayson "Pivot Podcast"a açıqlamasında deyib.

Superağır çəkidə keçmiş mütləq dünya çempionu həbsxanada dinclik tapdığını bildirib: "Həyatınızda sakitlik, sabitlik və balans yoxdursa, pul heç bir əhəmiyyət daşımır. Yaxşı qidalanırdım, hamı mehriban idi və mənimlə yaxşı davranırdı".

O, həbsdə olduğunu müddətdə də məşq etdiyini söyləyib: "Həyətdə 12-14 km qaçır, axşamlar kameramda dörd saat tullanırdım. Hamı məndən qorxurdu. Amma mən orada həmişə yaxşı insan olmuşam".

Qeyd edək ki, Mayk Tayson 1992-ci ildə ABŞ gözəllik kraliçası Desire Vaşinqtona təcavüz etdiyi üçün altı il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasının üç ilini həbsxanada çəkib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah