Dünya çempionatı: Azərbaycanın həndbol yığmasının rəqibi bəlli olub

Qadın həndbolçular arasında 2023-cü il dünya çempionatının I təsnifat mərhələsinin püşkü atılıb.

Newsport.az-in məlumatına görə, Avstriyanın paytaxtı Vyanada keçirilən mərasimdə Azərbaycan millisinin də rəqibi bəlli olub. Yığma bu raundda Portuqaliya ilə qarşılaşacaq.

İlk görüş noyabrın 2-si və ya 3-də Bakıda, cavab matçı 1 həftə sonra səfərdə olacaq.

Qeyd edək ki, I təsnifat mərhələsində 18 komanda mübarizə aparacaq. 9 cütün qalibi pley-offa yüksələcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right