"Formula 1": Arif Rəhimov ənənəvi yarışların təqvimdə qalmasını istəyir

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov Avropada bəzi Qran-prilərin "Formula 1" üzrə dünya çempionatının təqvimindən çıxarılacağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Newsport.az-in məlumatına görə, o, "Motorspor Magazin" nəşrinə açıqlamasında bu ideyaya qarşı olduğunu söyləyib.

Rəhimov deyib ki, idman ənənələrini qoruyub saxlamaq lazımdır: "Mən ənənəvi yarışların təqvimdə qalmasını istəyirəm. Bu treklər yarış ruhunu daşıyır. Onlar hər kəs üçün yaxşıdır".

Qeyd edək ki, daha əvvəl tarixi Spa-Frankorş trasında keçirilən Belçika Qran-prisinin 2023-cü il dünya çempionatının təqvimindən çıxarılacağı bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right