Bu cüdo millimiz Avropa çempionatında 1-ci oldu

23-25 iyun tarixlərində Xorvatiyanın Poreç şəhərində keçirilən yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatının fərdi yarışları başa çatıb.

Newsport.az-ın məlumatına görə, Azərbaycan cüdoçuları bu yarışda tarixi nəticə əldə edərək yeniyetmə oğlanlar arasında komanda hesabında birinci yeri tutub.

Çempionatın ilk günü oğlanlar arasında -50 kq. çəkidə Məhəmməd Məmişov bürünc medal qazanıb. -55 kq. çəkidə Şahin Oruczadə və -60 kq. çəkidə Nizami İmranov bütün rəqiblərini məğlub edərək Avropa çempionu adını qazanıblar.

Qızlar arasında -48 kq. çəkidə Aydan Vəliyeva çempionatın ikincisi adına layiq görülüb.
Yarışın ikinci günü oğlanlar arasında -66 kq. çəki dərəcəsində Əbil Yusubov və Nicat Nağıyev, -73 kq. çəki dərəcəsində Əli Hacızadə bürünc medal qazanıblar.

Qızlar arasında isə -57 kq. çəkidə Fidan Əlizadə bütün rəqiblərinə qalib gələrək idmançılarımızın aktivinə üçüncü qızıl medalı yazırıb.
Beləliklə idmançılarımız fərdi yarışlarda ümumilikdə 3 qızıl, 1 gümüş və 4 bürünc medal qazanıblar. 

Yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2 qızıl, 4 bürünc medal qazanaraq Avropa çempionatında medal əyarına və sayına görə birinci yeri tutublar.

Sonuncu dəfə yeniyetmə oğlanlardan ibarət milli yığma komandamız 2004-cü ildə keçirilən Avropa çempionatında komanda hesabında qələbə əldə etmişdi.

Qeyd edək ki, qızlardan ibarət milli yığma komandamız cəmi 4 idmançı ilə yarışlarda iştirak etməsinə baxmayaraq, 1 qızıl və 1 gümüş medal qazanaraq yarışda tam heyətlə iştirak edən bir çox ölkələri geridə qoyub və komanda hesabında 4-cü olub.
Ümumi komanda hesabında isə 3 qızıl, 1 gümüş və 4 bürünc medalla Azərbaycan yığması ikinci yeri tutub





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right