Millimiz Avropa birincisi oldu

İtaliyanın paytaxtı Romada keçirilən güləş üzrə Matteo Pellikone turniri başa çatıb.

Newsport.az-ın məlumatına görə, sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıb. Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub. Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right