Azərbaycan yığmasının voleybolçusu: "İslamiadada uğurlu çıxış etməliyik"

“Hazırlığımız yüksək səviyyədə davam edir. Maydan etibarən güclü və gərgin məşqlərimiz keçir".

Newsport.az-in məlumatına görə, bunu Azərbaycan millisinin kişi voleybolçusu Andrey Vasilenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O, çıxış edəcəkləri yarışların vacibliyini və qarşıda duran məqsədləri yaxşı başa düşdüklərini bildirib: "Həm Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunları, həm də Avropa çempionatının təsnifat oyunlarında yaxşı çıxış etməli, Vətənə uğurla dönməliyik".

Vasilenkonun sözlərinə görə, məşqçilər hazırlığın ilk günündən hər bir oyunçunun qarşıdakı yarışlarda ən yüksək formada çıxış etməsi üçün çalışdıqlarını söyləyib: "Hazırlığın növbəti mərhələsində gücümüzü yoxlama oyunlarında sınayacağıq. Bu oyunlar zamanı komandamızın hansı mövqelərində çatışmazlıqlar varsa, onları aradan qaldıracağıq. İnanıram ki, toplanışın yekununda ən yüksək formada olacaq və əsas oyunlarda uğurla çıxış edərək, azarkeşlərimizi sevindirəcəyik".





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah